
Uşaqlar – sabahımızın təminatçısı, gələcəyimizin ümididir. Hər bir ölkənin inkişafı, onun gənc nəslinə göstərilən diqqət və qayğı ilə ölçülür. Azərbaycan dövləti də məhz bu amili rəhbər tutaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə xüsusi önəm verir. Bu sahədə çalışan pedaqoqlar gələcəyin sağlam, bilikli və vətənpərvər övladlarının yetişməsində mühüm rol oynayırlar. Məhz belə fədakar, işinə vicdanla yanaşan rəhbərlərdən biri də
Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Ənvər qızı Cəfərovadır.O, təkcə bir idarəçi deyil, eyni zamanda yüzlərlə şagirdin həyatında iz buraxan, onların təməl biliklərinin formalaşmasına töhfə verən,sözün əsil mənasında desəm, ana şəfqəti ilə rəhbərlik edən bir pedaqoqdur. Onun rəhbərliyi altında fəaliyyət göstərən 1 nömrəli tam orta məktəb bu gün Beyləqan rayonunda nümunəvi təhsil ocaqlarından biri kimi tanınır. Burada uşaqların fiziki, psixoloji və intellektual inkişafına hərtərəfli şərait yaradılmışdır.Gülbəniz xanımı digər həmkarlarından fərqləndirən ən mühüm cəhət onun qayğıkeş və humanist rəhbər olmasıdır. Hər bir şagird onun üçün sadəcə bir məktəbli deyil, bir ailə üzvü kimidir. O, hər səhər uşaqların gülüşlərini, şən səslərini eşitdikcə özünü daha enerjili və motivasiyalı hiss edir. Onun üçün məktəb sadəcə bir iş yeri deyil, həyatının mənası, ruhunun qidalandığı bir məkandır.Gülbəniz xanım Cəfərovanın təhsil müəssisəsinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində apardığı işlər diqqətəlayiqdir. Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz xanım Cəfərova uşaqların rahatlığı və təhlükəsizliyi məsələsində ən xırda detala belə laqeyd yanaşmır. O, hər bir sinif otağına daxil olanda şagirdlərin sevincli baxışları, ona sevgi ilə baxması ilə qürur hissi keçirir. Həmin an onun üçün ən böyük mükafat elə bu səmimi gülüşlər, qürurverici baxışlar olur.Gülbəniz xanımın rəhbərliyi ilə bağçada müxtəlif mövzularda tədbirlər, milli bayramlar və maarifləndirici layihələr təşkil olunur. Məktəbdə şagirdlərdə milli-mənəvi dəyərlərin aşılanmasına, vətənpərvərlik hissinin formalaşmasına xüsusi diqqət yetirilir. Məsələn, 8 Noyabr – Zəfər Günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı və digər tarixi günlər uşaqlar üçün əsl bayram ab-havasında keçirilir. Bu tədbirlərdə uşaqlar həm əylənir, həm də milli kimliyimizin dərin mənasına bələd olurlar.Gülbəniz xanım hər zaman pedaqoji kollektiv arasında səmimiliyi, əməkdaşlığı və bir-birinə hörməti əsas prinsiplərdən biri kimi qəbul edib. O, müəllim və bütün işçi kollektivi ilə sadəcə rəhbər kimi deyil, bir dost, bir ailə üzvü kimi davranır. Hər bir əməkdaşın fikrini dinləyir, onların peşəkar inkişafına şərait yaradır. Onun bu yanaşması sayəsində pedoqoji kollektivdə isti və mehriban bir mühit formalaşıb.Uşaqlarla işləmək sevgi, səbr və böyük məsuliyyət tələb edir. Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Ənvər qızı Cəfərova bütün bu kimi gözəl keyfiyyətlərə sahibdir. Gülbəniz xanım daim dövlətimizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqəti öz fəaliyyətində əsas meyar kimi qəbul edir. Mehriban xanım Əliyevanın uşaqlara, gənc nəsilə, təhsilə və qayğıya yönəlmiş fəaliyyəti onun üçün böyük nümunədir.Bu gün Beyləqan rayonunda bir çox valideynlər 1 saylı orta məktəbi məhz onun rəhbəri Gülbəniz xanıma görə seçirlər. Çünki burada həm uşaqlar, həm də valideynlər üçün anlayış, qayğı və etibar var. Məktəbin direktoru uşaqlara yalnız biliklər öyrətmək deyil, həm də onların şəxsiyyət kimi formalaşmasına töhfə verir. Hər bir uşağın fərdi qabiliyyətini kəşf etmək, ona uyğun yanaşmaq onun əsas prinsiplərindəndir.Gülbəniz xanımın fəaliyyəti təkcə Beyləqan rayonunda deyil, ümumilikdə təhsil sahəsində çalışan rəhbərlər üçün örnəkdir. O, öz işinə vicdanla, məsuliyyətlə və hədsiz sevgi ilə yanaşaraq bir çoxlarının hörmətini qazanmışdır. Onun haqqında həm valideynlər, həm də pedoqoji kollektiv eyni fikirdədir: O, balalarımızın sevimlisi, kollektivimizin dayağı, qayğıkeş rəhbərimizdir!-deyir pedoqoji kollektiv.Belə rəhbərlər ölkəmizdə təhsilin inkişafında mühüm rol oynayır, xoşbəxt gələcəyimizin təməlini sağlam şəkildə qoyurlar. Onların fədakarlığı, sədaqəti və uşaqlara olan sevgisi Azərbaycan təhsilinin sabahına inam yaradır.Sonda bir həqiqət qalır: uşaqların saf gülüşü, məktəb divarları arasında səslənən vətənpərvər musiqilər, sinif otaqları – bütün bunlar onun əməyi, sevgisi və fədakarlığının səsinə çevrilir. Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova bu səsi qürurla dinləyən, uşaqların gülüşünü ən böyük mükafatı hesab edən qayğıkeş bir rəhbərdir.O, əsl pedaqoq, qayğıkeş rəhbər, şagirdlərin dostu və saf uşaq dünyasının fədaisi kimi yaddaşlarda iz salır.Biz də Realxeber.com olaraq bütün bu deyilənləri qələmə almaqdan qürur duyur,şərəfli peşə sahibini -Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan şəhəri N. Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Ənvər qızı Cəfərovanı və bütün pedoqoji kollektivini 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətində bol-bol nailiyyətlər arzulayıram.Qoy elimizə,obamıza qədəm basmaqda olan yeni 2026-cı il Sizə,ailənizə və sevdiklərinizə bol-bol xoşbəxtliklər, sevinc dolu illər bəxş etsin. 31 dekabr tarixi təkcə yeni ilin gəlişi deyil,hər zaman milli birliyimizin, həmrəyliyimizin, dövlətçiliyimizin və qürurumuzun təntənəsi kimi qeyd olunsun.
Bir daha bayramınız mübarək.