---
131
6-06-2026, 13:04

Xoş Anların Memarı – Xanoğlan Meydanov və VENTATUR Şirkəti




İnsan həyatının ən gözəl sərvətlərindən biri xoş xatirələrdir. Hər kəs sevdikləri ilə birlikdə keçirdiyi anların unudulmaz olmasını, həyatının ən gözəl günlərini yaddaşına həkk etməyi arzulayır. Bu arzuların gerçəkləşməsində isə insanların rahatlığını, sevincini və məmnuniyyətini düşünən peşəkar xidmət sahiblərinin rolu böyükdür.Əgər siz də xoş günlərinizi daha maraqlı, daha ecazkar və daha yaddaqalan etmək, sevdiyiniz insana fərqli bir sürpriz hazırlamaq, səhər yeməyinizi təbiətin qoynunda keçirmək istəyirsinizsə, karavanla səfalı məkanlara səyahət etmək üçün əla fürsət əldə edə bilərsiniz. Həmçinin gəmi və yaxta kirayəsi, müxtəlif tədbirlərin təşkili, fotosessiyalar, romantik axşamlar və özəl günlər üçün ən ideal seçimlərdən biri Xanoğlan Meydanovun rəhbərliyi altında fəaliyyət göstərən VENTATUR şirkətidir.VENTATUR şirkəti müştərilərinin hər anının sevinc və xoşbəxtliklə dolu, unudulmaz xatirələrə çevrilməsi üçün yüksək səviyyədə xidmət göstərir. Şirkətin əsas məqsədi insanlara gündəlik həyatın yorğunluğundan uzaqlaşaraq mənalı və gözəl anlar yaşatmaqdır.
Xanoğlan Meydanovun fəaliyyətində diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri onun insanlara münasibətindəki səmimiyyət və həssaslıqdır. O, hər kəsin maddi imkanlarını nəzərə alaraq müxtəlif sosial təbəqələrdən olan insanların da bu gözəl xidmətlərdən yararlana bilməsi üçün şərait yaradır. Məhz buna görə də onun fəaliyyəti insanlar tərəfindən rəğbətlə qarşılanır.Dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən Xanoğlan Meydanov Azərbaycan dövlətinin qanunlarını hər zaman uca tutan, Ümummilli Lider Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi tövsiyə və dəstəyi yüksək qiymətləndirən iş adamlarındandır. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşən və dövlətçilik mövqeyini daim dəstəkləyən vətəndaşlardan biridir.
44 günlük Vətən müharibəsi dövründə dövlətimizin ordumuza göstərdiyi böyük dəstəyə qoşularaq, Xanoğlan Meydanov da öz imkanları daxilində hərbi hissələrə və əsgərlərimizə yardım göstərmişdir. Bu gün də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı göstərməyi özünün mənəvi borcu hesab edir.
Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Xanoğlan Meydanov təkcə uğurlu sahibkar deyil, həm də xeyirxah əməlləri ilə seçilən bir insandır. Ehtiyacı olan ailələrin sevinc və kədər günlərində onların yanında olur, maddi və mənəvi dəstəyini əsirgəmir. Məhz buna görə də onun adı insanların yaddaşında xeyirxahlıq və mərhəmət nümunəsi kimi qalır.Belə insanların fəaliyyəti bugünkü mürəkkəb və narahat dünyamızda xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətin həm mənəvi, həm də sosial inkişafında xeyirxah insanların rolu əvəzsizdir.Fürsətdən istifadə edərək Xanoğlan Meydanovu qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, övlad xoşbəxtliyi və işlərində yeni uğurlar arzulayırıq.İnanırıq ki, insanların ən gözəl anlarını daha da yaddaqalan edən VENTATUR şirkəti bundan sonra da uğurlu layihələri və yüksək xidmət keyfiyyəti ilə fəaliyyətini davam etdirəcək, hər kəsə sevinc bəxş edərək öz sahəsində öncül mövqeyini qoruyub saxlayacaqdır.Xeyirxahlıq və insanlara xidmət hissi daim Xanoğlan Meydanovun həyat yolunun bəzəyi olsun.



Top xəbərlər
Gün
Həftə
Ay