Gündəm
36
19-12-2025, 15:30

Təhsil millətin gələcəyidir

Azərbaycanın gələcəyini formalaşdıran ən mühüm sahələrdən biri təhsildir. Bu müqəddəs sahədə çalışan müəllim və rəhbər kadrların üzərinə düşən məsuliyyət isə olduqca böyükdür. Hər bir liseyin uğuru, şagirdlərin nailiyyətləri, müəllimlərin peşəkarlığı və ümumi tədris mühiti ilk növbədə həmin təhsil ocağına rəhbərlik edən şəxsiyyətin səyi, zəhməti və düzgün idarəçilik prinsipləri ilə bağlıdır. Şəmkir Peşə Liseyinin direktoru Nizami müəllim
məhz belə fədakar rəhbərlərdən biridir. Onun pedaqoji fəaliyyəti, idarəçilik bacarığı və insani keyfiyyətləri bu gün həmin liseyi nümunəvi təhsil ocaqlarından birinə çevirib. Nizami müəllimin rəhbərlik etdiyi  
Şəmkir Peşə Liseyi illərdir şagirdlərin yüksək bilik və bacarıqları ilə seçilir. Bu uğurlar təsadüfi deyil. Çünki liseyin direktoru tədris prosesinə peşəkar yanaşır, müəllim kollektivinin fəaliyyətini düzgün koordinasiya edir,  yeni təhsil metodlarını tətbiq edir. Onun əsas məqsədi hər bir tələbənin yalnız bilik əldə etməsi deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər bir gənc kimi formalaşmasıdır. Müasir idarəçilikdə çeviklik, şəffaflıq və yeniliklərə açıq olmaq vacibdir. Nizami müəllim məhz bu prinsipləri rəhbər tutur. O, hər zaman müəllimlərin təşəbbüslərinə dəstək olur, onların peşəkar inkişafı üçün şərait yaradır. Bunun nəticəsində kollektivdə sağlam mühit formalaşıb və bu mühit şagirdlərin nailiyyətlərinə də müsbət təsir göstərir. Şəmkir Peşə liseyinin şagirdlərinin qazandıqları hər bir nailiyyətlərin arxasında lisey rəhbərliyinin düzgün tədris strategiyası dayanır. Nizami müəllim hər bir şagirdin potensialını üzə çıxarmağa çalışır, onların maraq və bacarıqlarına uyğun inkişaf etməsi üçün imkanlar yaradır. Nizami müəllim fəaliyyətində yalnız təhsil yox, həm də humanist prinsiplər ön plandadır. O, daim şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərir. Liseydə belə ailələrdən olan uşaqlara həm müəllimlər, həm də rəhbərlik tərəfindən mənəvi dəstək verilir. Bu yanaşma bir daha sübut edir ki, Nizami müəllim yalnız peşəkar rəhbər deyil, həm də geniş ürəkli, mərhəmətli bir insandır. Onun təşəbbüsü ilə liseydə mütəmadi olaraq vətənpərvərlik mövzularında tədbirlər, anım günləri, maarifləndirici görüşlər təşkil olunur. Şagirdlərə Azərbaycanın tarixi, milli qəhrəmanları, şəhidlərinin həyat yolu haqqında məlumat verilir. Bütün bunlar gənc nəslin vətənə sevgisini gücləndirir. Dünyada baş verən dəyişikliklər, yeni texnologiyaların tətbiqi təhsil sistemini də daim yeniliklərə açıq olmağa vadar edir. Nizami müəllim bu sahədə də öncül mövqedədir. O, liseydə müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Elektron resursların istifadəsi, interaktiv dərs metodlarının tətbiqi, tələbələrin müstəqil tədqiqat aparmaq vərdişlərinin inkişaf etdirilməsi Nizami müəllimin rəhbərliyi altında həyata keçirilir. Liseydə yalnız bilik verməklə kifayətlənilmir, həm də şagirdlərin yaradıcı düşüncəsi formalaşdırılır. 
Nizami müəllim hər zaman bildirir ki, təhsil yalnız faktları əzbərlətmək deyil, eyni zamanda müstəqil düşünən, yeni ideyalar irəli sürən gənclər yetişdirməkdir.
Kollektivin etimadını qazanmış hər bir rəhbərin uğuru həm də kollektivin ona olan münasibəti ilə ölçülür.  Şəmkir Peşə Liseyinin direktoru Nizami müəllim yalnız direktorları kimi deyil, həm də dostları, məsləhətçiləri kimi görürlər. O, daim müəllimlərin qayğılarını dinləyir, problemlərinin həllinə kömək edir. Onun rəhbərliyi altında müəllimlər özlərini daha inamlı və dəyərli hiss edirlər.
Şagirdlər də direktorlarını sevir, ona inanır və etibar edirlər. Onun şagirdlərlə səmimi münasibəti kollecdə ailə mühitinin yaranmasına səbəb olub. Bu isə təhsil prosesini daha da məhsuldar edir. Şəmkir Peşə Liseyinin direktoru Nizami müəllim təhsilə xidmət edən, bu yolda bütün gücünü əsirgəməyən fədakar bir rəhbərdir. Onun rəhbərliyi ilə kollecdə həm maddi-texniki bazası, həm də tədris mühitinə görə qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Nizami müəllimin fəaliyyəti bir daha göstərir ki, əsl rəhbərlik sadəcə idarəçilik bacarığı ilə ölçülmür. Burada həm də vətənə sevgi, insana qayğı, gənc nəslin gələcəyinə inam önəmli rol oynayır. O, pedaqoji fəaliyyətini bu prinsiplər üzərində quraraq özünü həm müəllimlərin, həm şagirdlərin, həm də cəmiyyətin rəğbətini qazanmışdır. Onun timsalında Azərbaycan təhsilinə sədaqətlə xidmət edən, gələcəyin işıqlı sabahı üçün çalışan bir rəhbər obrazı görürük. Bu gün Şəmkir Peşə liseyi
sözün əsl mənasında uğurlu bir təhsil məkanıdırsa, bunda Nizami müəllimin zəhmətinin payı danılmazdır.