Gündəm
77
Bugün, 04:18

Beynəlxalq mükafatlara layiq görülən professorun elmi fəaliyyəti, dövlətçiliyə bağlılığı və müqəddəs Vətən sevgisi

 Qarabağ torpağının yetirməsi, tibb biologiya elmləri doktoru, professor, «Alternativ Psixologiya» elminin müəllifi, inteqrativ təbabət üzrə professor, Beynəlxalq Ekoenergetika Akademiyasının Tibbi biologiya və Ekologiya Departamentinin rəhbəri Yaşar İbadov zəngin elmi fəaliyyəti, çoxşaxəli yaradıcılığı, ictimai mövqeyi, insanlara göstərdiyi diqqət və qayğısı, ən əsası isə Vətənə və dövlətçiliyə sədaqəti ilə seçilən ziyalılarımızdandır.
Elmi axtarışları, beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələr, müxtəlif mövzularda etdiyi çıxışlar, elmi məqalələri və müəllifi olduğu kitablarla tanınan Yaşar İbadov öz peşəkar fəaliyyətini yalnız elmlə məhdudlaşdırmır. O, insan sağlamlığını, mənəvi dəyərləri, humanizmi, milli-mənəvi irsi və cəmiyyət qarşısında məsuliyyəti öz fəaliyyətinin əsas istiqamətləri hesab edən ziyalıdır.
Onun elmi və ictimai fəaliyyətinin mühüm istiqamətlərindən biri də insanların sağlamlığına xidmət etmək, ehtiyacı olanlara mənəvi və tibbi dəstək göstərməkdir. Xüsusilə şəhid ailələrinə və qazilərimizə təmənnasız xidmət göstərməsi onun Vətən qarşısında mənəvi borcuna, insanlığa və xeyirxahlığa necə böyük dəyər verdiyinin bariz nümunəsidir. Şəhid ailələrinə ehtiram, qazilərə qayğı onun üçün sadəcə vəzifə deyil, Vətənə sevginin, milli həmrəyliyin və vicdan məsuliyyətinin ifadəsidir.
Yaşar İbadovun müəllifi olduğu «Xalqın inamı, ümidi və xilaskarı» kitabı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, onun Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi istiqamətindəki tarixi fəaliyyətinə ehtiramın ifadəsi kimi ərsəyə gəlmişdir. Digər nəfis tərtibatlı nəşri – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi, iqtisadi və dövlətçilik fəaliyyətinə, Azərbaycanın inkişafına və Böyük Qayıdış strategiyasına həsr etdiyi «İlham Əliyev – Böyük Qayıdışın Memarı» kitabı isə müəllifin müasir Azərbaycan dövlətçiliyinə, milli maraqlarımıza və ölkəmizin gələcəyinə verdiyi dəyərin göstəricisidir.
Yaşar İbadovun dövlətə, dövlətçiliyə, milli maraqlara və xalqımızın birliyinə sadiqliyi onun həyat və fəaliyyətində xüsusi yer tutur. Bu sədaqətin kökündə Azərbaycan dövlətinin inkişafına, xalqımızın sağlamlığına və rifahına xidmət etmək amalı dayanır.
Azərbaycan səhiyyəsinin inkişafı, həkimlərimizin, tibb işçilərimizin və ziyalılarımızın cəmiyyətdə layiqli mövqeyinin möhkəmləndirilməsi hər zaman dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə səhiyyə sahəsinə, xalqın sağlamlığının qorunmasına, həkimlərə və tibb işçilərinə xüsusi diqqət və qayğı göstərmiş, onların əməyini yüksək qiymətləndirmişdir. Ulu Öndərin müəyyənləşdirdiyi bu ənənə bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə, humanitar fəaliyyət, sosial müdafiə, şəhid ailələrinə və qazilərə dəstək istiqamətində həyata keçirdiyi mühüm layihələr də ölkəmizdə humanizm və xeyriyyəçilik ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Məhz bu dövlət qayğısı, səhiyyə və elm adamlarına göstərilən diqqət, Vətənə xidmət edən insanların əməyinə verilən dəyər Yaşar İbadov kimi ziyalılarımıza da yeni fəaliyyət üçün mənəvi güc, ruh yüksəkliyi və stimul verir. Çünki insanın əməyinin qiymətləndirilməsi, dövlətinin və xalqının diqqətini hiss etməsi onun daha böyük həvəslə çalışmağına, yeni uğurlara imza atmağına təkan verir.
Dəyərli professor Yaşar İbadovun uğurları sırasında təqdim olunan beynəlxalq mükafat sənədləri də xüsusi yer tutur. Belə ki, ona təqdim edilmiş təbrik məktubunda və fəxri sənəddə Əbu Əli ibn Sina adına Beynəlxalq Mükafatın laureatı fəxri adına və xatirə medalına layiq görüldüyü qeyd olunur.
Sənədlərdə göstərilən məlumata əsasən, mükafat Yaşar İbadova beynəlxalq əməkdaşlığın inkişafına, peşəkar və humanitar əlaqələrin möhkəmləndirilməsinə, elmi və yaradıcı fəaliyyətə, təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrə görə təqdim edilmişdir.
Təqdim olunan rusdilli təbrik məktubunda mükafatın tam adı belə göstərilmişdir: «Лауреат Международной премии имени Абу Али ибн Сины». Həmçinin onun tibb işçisinin gününə həsr olunmuş xatirə medalı ilə təltif edilməsi qeyd edilmişdir.
Digər sənəddə isə Qırğızıstan Respublikasının «Кыргызские поэты и писатели» İctimai Fondunun adından verilmiş şəhadətnamədə Yaşar İbadovun beynəlxalq əməkdaşlığa və yaradıcılığın inkişafına verdiyi töhfələrə görə Əbu Əli ibn Sina adına Beynəlxalq Mükafatın «Laureatı» medalı ilə təltif edildiyi göstərilir.
Bu təltiflər münasibətilə dəyərli professor Yaşar İbadovu ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, elmi yaradıcılığında yeni nailiyyətlər, beynəlxalq səviyyədə daha böyük uğurlar və layiq olduğu yeni mükafatlar arzulayırıq. İnanırıq ki, onun elmi və humanitar fəaliyyəti bundan sonra da insanlara, Vətənimizə və dövlətimizə xidmət edəcəkdir.
Bu əlamətdar günlər münasibətilə Qarabağ torpağının yetirməsi, dəyərli ziyalımız Yaşar İbadovu səmimi-qəlbdən təbrik edirik!
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, birliyinin, iradəsinin və sarsılmaz dövlətçilik əzminin təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı sayəsində torpaqlarımızın azadlığına qovuşması tariximizin ən şanlı səhifələrindən biridir.
9 Noyabr – Dövlət Bayrağı Günü isə xalqımızın müstəqilliyinin, milli kimliyinin, azadlığının və dövlətçilik rəmzlərinə sonsuz ehtiramının ifadəsidir. Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyi, Vətənə bağlılığının və milli birliyimizin müqəddəs rəmzidir.
Qarabağdan kök alan, Vətən sevgisini həyat və fəaliyyətinin əsas qayəsinə çevirən Yaşar İbadov üçün bu günlərin mənəvi dəyəri xüsusilə böyükdür. Onun şəhid ailələrinə və qazilərə göstərdiyi təmənnasız xidmət, milli-mənəvi dəyərlərə bağlılığı, Ümummilli Lider Heydər Əliyevin və müasir Azərbaycan dövlətçiliyinin inkişafına həsr etdiyi kitabları Vətənə sədaqətinin mühüm ifadələrindəndir.
Arzu edirik ki, üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, müstəqil Azərbaycanımızın qüdrəti daha da artsın, Qarabağımızda və bütün ölkəmizdə əmin-amanlıq, inkişaf və firavanlıq hökm sürsün.
Dəyərli professor Yaşar İbadova bir daha möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qazandığı mükafatlar və əldə etdiyi nailiyyətlər davamlı olsun!
Zəfərimiz əbədi, bayrağımız daim uca, dövlətimiz qüdrətli olsun!

Top xəbərlər
Gün
Həftə
Ay