Gündəm
55
4-11-2026, 18:05

Anar Bayramov onu işdən çıxardı - Yeni təyinat

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Musavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi

Top xəbərlər
Gün
Həftə
Ay