Gündəm
77
31-10-2026, 03:51

Zaur Cəbrayılov vəzifəsindən azad edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Musavat.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun yerinə Novruz Quliyev təyin olunub.

Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.

Top xəbərlər
Gün
Həftə
Ay