Gündəm
34
8-12-2025, 12:30

Tünzalə Zeynalova–Təhsilə sədaqətin, maarifə xidmətin simvolu

Azərbaycanın elm və təhsil tarixi saysız-hesabsız fədakar müəllimlərin, ziyalıların əməyinin məhsuludur. Bu fədakar insanların fəaliyyəti nəticəsində gənc nəslin təlim-tərbiyəsi, milli-mənəvi dəyərlərlə yoğrulmuş şəxsiyyət kimi formalaşması təmin olunur. Bu gün həmin maarif fədailərinin sırasında öz peşəkarlığı, idarəetmə bacarığı, müasir təhsil prinsiplərinə sadiqliyi ilə seçilən şəxsiyyətlərdən biri də Bakı şəhər 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə xanım Zeynalovadır.
Tünzalə Zeynalova Azərbaycan təhsilinin inkişafı naminə yorulmadan çalışan, hər addımında şagirdlərin gələcəyini düşünən ziyalı bir xanımdır. Onun pedaqoji fəaliyyətinin əsas məqsədi bilikli, vətənpərvər, müasir düşüncəyə malik gənclərin yetişdirilməsidir.Tünzalə xanım Zeynalova  müəllimlik peşəsini sadəcə bir iş yeri deyil, bir həyat amalı kimi qəbul edib. Onun rəhbərlik etdiyi Bakı şəhər 53 nömrəli tam orta məktəb nümunəvi təhsil ocaqlarından biri kimi tanınır.
Müəllim kollektivinin, şagirdlərin və valideynlərin dərin hörmətini qazanan Tünzalə xanım məktəbin idarəçiliyində prinsipial, amma eyni zamanda ədalətli mövqeyi ilə fərqlənir. O, həm pedaqoji heyətin inkişafına, həm də tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirir.
Tünzalə Zeynalovanın rəhbərliyi altında Bakı şəhər 53 nömrəli tam orta məktəb
 son illərdə mühüm nailiyyətlər qazanıb. 
Tünzalə xanım təhsildə innovativ yanaşmanı önə çəkir. Onun təşəbbüsü ilə müəllimlər müasir tədris metodlarını mənimsəyir, interaktiv dərslər keçirilir, şagirdlərdə tənqidi və yaradıcı düşüncə bacarıqları formalaşdırılır. Məktəbdə nizam-intizamın qorunması, müəllim-tələbə münasibətlərinin səmimiyyət və qarşılıqlı hörmət üzərində qurulması da Tünzalə xanımın rəhbərlik üslubunun bariz göstəricisidir.
 Tünzalə xanım Zeynalova daim müəllimlərin və şagirdlərin nailiyyətlərini yüksək qiymətləndirir, onlara mənəvi dəstək olur, məktəbdə ruh yüksəkliyi yaradır.
Onun rəhbərliyi altında məktəbin məzunları respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunaraq ölkəmizin gələcək elmi, iqtisadi və mədəni potensialını formalaşdıran gənc kadrlara çevriliblər.
Tünzalə xanımın təhsil fəlsəfəsinin əsas dayaqlarından biri də milli-mənəvi dəyərlərə sadiqlikdir. O, məktəbdə keçirilən tədbirlərdə, bayramlarda, vətənpərvərlik aksiyalarında şagirdlərə Azərbaycançılıq ideyalarını aşılamaq üçün böyük səylər göstərir.
Xüsusilə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində məktəbdə keçirilən tədbirlər Tünzalə Zeynalovanın təşəbbüsü ilə həyata keçirilir. Onun rəhbərliyi ilə məktəbdə “Şəhidlər guşəsi” yaradılıb, vətənpərvərlik mövzusunda inşa və esse müsabiqələri, görüşlər təşkil olunur.
O, gənclərə hər zaman bildirir ki, bilik və savadla yanaşı, Vətən sevgisi və dövlətə sədaqət də insanı kamil şəxsiyyətə çevirən ən mühüm amillərdir.
Tünzalə xanım Zeynalova kollektiv arasında dərin hörmət və etimad sahibi kimi tanınır. O, hər bir müəllimin təcrübəsinə, fikir və təşəbbüslərinə dəyər verir. Müəllimlər üçün yaradılan şərait onların öz işinə daha böyük həvəslə yanaşmasına səbəb olur.
Tünzalə xanım həmçinin gənc müəllimlərin peşəkar inkişafına da xüsusi önəm verir. O, onların tədris metodikasında, pedaqoji davranışda daha çevik, müasir düşüncəli olmasını təşviq edir. Onun rəhbərliyi altında məktəbdə tədris mühiti səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub.
Tünzalə xanım Zeynalova hər zaman Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi siyasəti yüksək qiymətləndirir və bu siyasətin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. O, hesab edir ki, təhsilin inkişafı dövlətin gələcəyinin təminatıdır.
Onun fəaliyyəti bir daha göstərir ki, hər bir rəhbər öz sadəcə idarə edən şəxs deyil, həm də cəmiyyətin maariflənməsinə yönəlmiş bir missiyanın daşıyıcısı olmalıdır. Tünzalə xanım bu missiyanı şərəflə yerinə yetirir.
Bu gün Bakı şəhər 53 nömrəli tam orta məktəb həm tədrisnailiyyətlərinə, həm də pedaqoji kollektivin yüksək peşəkarlığına görə seçilirsə, bu uğurun mərkəzində dayanan əsas simalardan biri məhz məktəbin direktoru Tünzalə xanım Zeynalovadır.
O, öz təcrübəsi, idarəçilik bacarığı, təhsilə olan sevgisi və insanlıq keyfiyyətləri ilə nümunəvi bir ziyalı obrazı formalaşdırıb. Tünzalə xanımın adı Azərbaycan təhsil sistemində keyfiyyət, intizam, yenilik və səmimiyyət anlayışları ilə assosiasiya olunur.
Bu gün onun rəhbərlik etdiyi məktəb gələcəyə ümidlə baxan, bilikli və vətənpərvər gənclərin formalaşdığı bir ocaq kimi fəaliyyətini uğurla davam etdirir