
Cəmiyyətin sağlamlığı onun gələcəyinin ən möhkəm təməlidir. Bu müqəddəs missiyanı isə insan həyatını hər şeydən üstün tutan, öz ömrünü başqalarının sağlamlığına həsr edən həkimlər və tibb işçiləri şərəflə yerinə yetirirlər. Müasir dövrdə klinikalar yalnız müalicə mərkəzi deyil, həm də insanların ümid yeri, şəfa tapdığı müqəddəs ünvan kimi qəbul olunur. Bu müqəddəs ocaqlarda çalışan həkimlər yalnız peşə borclarını yerinə yetirmir, eyni zamanda insanlara mənəvi dayaq olur, onların ağrı-acılarını bölüşür, sağlam gələcəyə aparan yolda ən etibarlı bələdçiyə çevrilirlər.
Bakıda fəaliyyət göstərən Real Tibb Mərkəzi də məhz belə nüfuzlu və etibarlı səhiyyə ocaqlarından biridir. Bu tibb müəssisəsi öz peşəkar kollektivi, müasir tibbi yanaşmaları və insanlara göstərilən yüksək diqqət və qayğı ilə seçilir. Bu uğurların arxasında isə öz peşəsinə sədaqətlə bağlı olan, yüksək insani keyfiyyətləri ilə seçilən baş həkim Həsənbala Babaxanov kimi dəyərli tibb işçilərinin əməyi dayanır.
Həsənbala Babaxanovun keçdiyi həyat yolu, onun seçdiyi peşəyə olan sevgisi və insanlara xidmət etmək amalına sadiqliyi onun necə böyük ürəyə sahib olduğunu göstərir. O, həkimlik peşəsini yalnız bir iş kimi deyil, müqəddəs bir missiya kimi qəbul etmiş, hər zaman pasientlərinə ata qayğısı ilə yanaşmışdır. Onun üçün hər bir pasient yalnız müalicə alan şəxs deyil, qayğı və diqqətə ehtiyacı olan bir insandır.
Onun şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və mənəvi dəstəyi xüsusi qeyd olunmalıdır. Həsənbala Babaxanov hər zaman Vətən uğrunda canını fəda edən qəhrəmanların ailələrinə və sağlamlığını itirən qazilərimizə xüsusi həssaslıqla yanaşmış, onların sağlamlığının qorunmasını və mənəvi dəstək almasını özünün vətəndaşlıq borcu hesab etmişdir.
44 günlük Vətən müharibəsi dövründə də o, öz vətəndaşlıq mövqeyini qətiyyətlə ortaya qoyaraq orduya dəstək göstərmiş, əsgər ailələrinin yanında olmuş, xalqımızın birlik və həmrəylik ruhuna öz töhfəsini vermişdir. Bu, onun yalnız həkim kimi deyil, həm də Vətənini sevən, dövlətinə sadiq bir vətəndaş olduğunu göstərir.
Ulu Öndər Heydər Əliyev səhiyyə sahəsinin inkişafını hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, həkim əməyinə yüksək dəyər vermişdir. Bu diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin yaradılması və həkimlərin fəaliyyətinə göstərilən diqqət bu sahənin inkişafına böyük töhfə verir.
Həsənbala Babaxanov da dövlətimizin səhiyyə sahəsinə göstərdiyi bu yüksək diqqət və qayğını öz fəaliyyətində hər zaman hiss edir və bu etimadı doğrultmaq üçün yorulmadan çalışır. O, yalnız pasientlərinə deyil, eyni zamanda rəhbərlik etdiyi kollektivə də ata qayğısı ilə yanaşır, onların peşəkar inkişafına, iş şəraitinin yaxşılaşdırılmasına və kollektivdə sağlam münasibətlərin formalaşmasına xüsusi önəm verir.
Onun rəhbərliyi altında fəaliyyət göstərən Real Tibb Mərkəzi bu gün insanların etibar etdiyi, şəfa tapdığı, qayğı gördüyü bir səhiyyə ocağına çevrilmişdir. Bu isə Həsənbala Babaxanovun peşəkarlığının, məsuliyyətinin və insanlara olan səmimi münasibətinin bariz nəticəsidir.
Müqəddəs Ramazan ayı münasibətilə Həsənbala Babaxanov başda olmaqla bütün həkim və tibb personalını səmimi qəlbdən təbrik edir, bu müqəddəs ay ərəfəsində qəlbində tutduğu bütün arzularının həyata keçməsini, etdiyi duaların Uca Allah dərgahında qəbul olunmasını arzulayırıq.
Uca Allah ona möhkəm can sağlığı, uzun ömür, şərəfli peşəsində yeni uğurlar və insanların sağlamlığı naminə gördüyü bu müqəddəs yolda daim müvəffəqiyyət nəsib etsin. Belə vicdanlı, qayğıkeş və peşəkar həkimlərin varlığı cəmiyyətimizin ən böyük mənəvi sərvətlərindən biridir.