Son zamanlar havaların soyuması səbəbindən ölkədə qrip də daxil olmaqla kəskin respirator virus infeksiyalarının yayılmasında mövsümi artım müşahidə olunur. Dəyişən hava şəraiti, insanların daha çox vaxtını qapalı məkanlarda keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına imkan verir.