Gündəm
42
5-12-2025, 12:55

Qara Allahverdiyev - Azərbaycan Kooperasiya Universitetində  elmi-pedaqoji mükəmməlliyin və idarəçilik peşəkarlığının nümunəsi

Azərbaycan Kooperasiya  Universitetinin rektorunun müşaviri Qara Abdullayev uzun illərdir ki, Azərbaycanda ali təhsilin inkişafına böyük töhfələr verən, yüksək idarəçilik bacarığı, pedaqoji səriştəsi və dövlətçilik mövqeyi ilə tanınan dəyərli elm xadimlərindən biridir. Onun fəaliyyəti həm universitetin akademik potensialının yüksəldilməsinə, həm də müasir təlim mühitinin formalaşdırılmasına yönəlmiş ardıcıl və məqsədyönlü islahatlarla yadda qalır. Qara müəllimin ali təhsil sahəsinə gətirdiyi yenilikçi yanaşmalar, tələbə-mərkəzli təlim metodlarının tətbiqi və tədris prosesinin keyfiyyətinə göstərdiyi xüsusi diqqət, onu həm müəllimlər, həm tələbələr, həm də geniş akademik ictimaiyyət arasında nüfuz sahibi etmişdir.
Rektor müşaviri Qara Allahverdiyev pedaqoji fəaliyyəti boyunca öz işinə böyük sevgi ilə yanaşan, tələbələrin bilik və bacarıqlarının inkişafını prioritet hesab edən ziyalıdır. O, uzun illik təcrübəsi, peşəkar yanaşması və dərin nəzəri hazırlığı ilə gənclərin elmə marağının artmasına, onların müasir düşüncə tərzinə uyğun yetişməsinə daim töhfə verir. Onun tədris etdiyi fənlərdə hər bir mövzunun elmi-nəzəri əsaslarının izahı ilə yanaşı, praktik tətbiqinə xüsusi diqqət yetirməsi tələbələrin analitik düşünmə, araşdırma aparma və müasir dünyada rəqabət aparmaq bacarıqlarının formalaşmasına imkan yaradır.
Rektor müşaviri kimi universitetdə təhsil mühitinin formalaşdırılması istiqamətində uğurlu fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Kooperasiya  Universitetində tədris prosesinin səmərəliliyi artmış, dərs yükünün planlaşdırılması, tədris materiallarının yenilənməsi, elektron resursların tətbiqi və qiymətləndirmə metodlarının müasirləşdirilməsi istiqamətlərində mühüm inkişaflar əldə olunmuşdur. Qara müəllim tədris prosesinin keyfiyyətinin artırılmasını ali təhsilin inkişafının əsas şərti kimi dəyərləndirir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə daim önəm verir.
Onun rəhbərlik etdiyi strukturda tələbə məmnunluğunun artırılması, müəllimlərin peşəkar inkişafı, təhsildə innovativ metodların genişləndirilməsi və elmi fəaliyyətin tədrisə inteqrasiyası kimi vacib istiqamətlər xüsusi əhəmiyyət kəsb edir. Rektor müşaviri Qara Allahverdiyev hər bir işində şəffaflıq, obyektivlik və ədalət prinsiplərini əsas tutur. Universitetdə aparılan yeniliklər zamanı o, kollektivin rəyini nəzərə alan, müəllimlərlə və tələbələrlə daim açıq dialoq quran, hər kəsin fikrinə qiymət verən humanist insan kimi tanınır.
Eyni zamanda o, ölkənin ali təhsil siyasətinə sadiqliyi, dövlətçilik mövqeyi və Prezident cənab İlham Əliyevin təhsilin inkişafı ilə bağlı müəyyən etdiyi strateji xəttə dəstək göstərməsi ilə seçilir. Onun fəaliyyəti müasir Azərbaycan təhsilinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə real töhfə verir. Qara müəllimin məqsədi yalnız tədrisin təşkili deyil, həm də tələbələrin sağlam düşüncəli, Vətənə bağlı, intellektual potensialı yüksək və cəmiyyətə faydalı mütəxəssislər kimi yetişməsidir.
Qara Allahverdiyev həm də sadəliyi, ziyalılığı, mədəni davranışı, humanist xarakteri və insanlara qarşı göstərdiyi diqqət və qayğısı ilə seçilir. Universitetdə hər kəs tərəfindən hörmət və ehtiramla qarşılanan Qara müəllim həm işindəki prinsipiallığı, həm də insanlarla münasibətdə səmimiyyəti ilə kollektivdə pozitiv və sağlam mühitin formalaşmasına xidmət edir. O, rəhbər və pedaqoq kimi hər zaman nümunə göstərilən ziyalı obrazıdır.
Bu gün Azərbaycan Kooperasiya Universitetinin inkişafında, tədris prosesinin müasirləşdirilməsində və ali təhsilin keyfiyyətinin yüksəldilməsində rektor müşaviri Qara Allahverdiyevin əməyi xüsusilə böyükdür. Onun uzun illər ərzində qazandığı təcrübə, vətənpərvərliyi, dövlətə sədaqəti və təhsilə bağlılığı onu ölkənin nüfuzlu elm və təhsil xadimlərindən birinə çevirir. Qara müəllimin fəaliyyəti Azərbaycan ali təhsilinin gələcək inkişafına yönəlmiş əzmli, prinsipial və məqsədyönlü elmi-pedaqoji xidmət nümunəsidir.