![Süni zəlzələ mümkündürmü? - Qurban Yetirmişlidən açıqlama Süni zəlzələ mümkündürmü? - Qurban Yetirmişlidən açıqlama](https://olke.az/photo/770x415/2024/01/23/1705990438_1705989971_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)
"Narahat olmasınlar, zəlzələ gözlənilmir. Heç bir problem də yoxdur".
Bu sözləri Pravda.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə yaxın günlərdə zəlzələ olub-olmayacağı barədə sualları cavablandırarkən deyib.
Baş direktor süni zəlzələ məsələsinə də aydınlıq gətirib: "Rusiyanın 3 mindən çox əsgəri qırılıb. Süni şəkildə zəlzələ edib Ukraynanı dağıdardı, niyə etmədi? Boş şeylərdir. Süni zəlzələ söhbəti yoxdur. Yalandan ağızlarına gələni deyirlər".