![Məktəblərdə payız tətili başlayıb Məktəblərdə payız tətili başlayıb](https://olke.az/photo/770x415/2023/11/16/1700111262_1700110272.1699860376_1699859347.tia_9b380c1047b7ae6bcf35bf485030947b_gtfw62uxbvo0jphqsa7e.jpg)
Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr (5 gün) olmaqla əhatə edir”, - deyə nazirlik qeyd edib.