RealXeber.Com - RSS

SAXTA DİPLOM AXTARAN MİSİR MƏRDANOVUN NƏZƏRİNƏ

 (səslər: 0)
SAXTA DİPLOM AXTARAN MİSİR MƏRDANOVUN NƏZƏRİNƏ
GƏNCƏ MÜƏLLİMLƏR İNSTİTU SAXTA DİPLOM MƏNBƏLƏRİNDƏN BİRİDİR

Təhsil Naziri Misir Mərdanovun saxta diplom ovu deyilənlərə görə davam edir. Amma hiss olunur ki, cənab nazir ova doğru yerdə çıxmayıb. Çünki saxta diplomu Bakı Dövlət Universtetində axtarmaqdansa, daha sakit və diqqəti cəlb etməyən tədris ocaqlarında axtarmaq gərəkir. Belə təhsil ocaqları isə Azərbaycan da onlaladır. İstər özəl sektorda olsun, istərsə də dövlət sektorunda.


Belə sakit və diqqəti cəlb etməyən yerlərdən biri də Gəncə Müəllimlər İnstitutudur. Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə bu gün Gəncə Müəllimlər İnstitutunun verdiyi saxta diplomlarla onnlarla adam ölkənin müxtəlif məktəblərində çalışır. Misal üçün bildirilir ki, hələ bir müddət əvvəl aparılan yoxlamalar nəticəsində Zaqatala rayonunda müəllim işləyən bir neçə nəfər gəncin saxta diplomlara malik olduqları aşkar edilmişdi ki, bu saxta diplomlar da məhz Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən verilib.


Həmçinin bildirilir ki, Ramiz Məmmədovun fəaliyyəti həm də, "müxtəlifliyi" ilə seçilir. Belə ki, Ramiz Məmmədov tərəfindən bu tədris müəssisəsinə uzun illərdir ki, saxta tələbə qəbulunun həyata keçirildiyi bildirilir. Belə ki, ümumi qəbul zamanı ali məktəblərə daxil ola bilməyən tələbələrdən bəziləri Ramiz müəllimin köməyi ilə guya ki, Rusiya Federasiyasının və yaxud da Gürcüstan Respublikasının müxtəlif universitetlərinə qəbul olunurlar. Lakin, tələbələr əslində bütün vaxtı Gəncə Müəllimlər İnstitutunda təhsil alırlar və1-2 ildən sonra birbaşa həmin filiala II-III kurslara keçirilirlər.


Mənbə bildirir ki, bu məsələdə Gəncə Müəllimlər İnstitutu Qazax Müəllimlər İnstitutu ilə bərabər çalışırlar və təhsil müəssisələri davamlı olaraq qanunsuz tələbə «dəyiş-dyüşü» ilə məşğul olurlar. Qeyd edək ki, Qazax Müəllimlər İnstitutunda baş verən qanınsuz hallar haqqında daha əvvəl də yazsmışdıq. Hal-hazırda bu təhsil müəssisəsindən də saxta diplomlar alan onlarla şəxs haqqında PİA.AZ-da məlumat var. Bu məlumatlar araşdırılır və təbii ki, araşıdırıldıqdan sonra ictimaiyyətin diqqətinə çatdırılacaqdır.


Konkret olaraq Gəncə Müəllimlər İnstitutuna gəlincə isə bizə məlumat verən mənbənin sözlərinə görə Ramiz Mehiyevin bütün saxta diplom əməliyyatlarını və qanununsuz tələbə köçürülməsi işlərini Ramiz Məmmədov öz müavini Afaq xanımın əliylə həyata keçirir və uzun illərdir ki, ikilinin bu biznesi uğurla inkişaf edib.

pia.az